“Maşın”dan çıxarılan Rühəngiz Musəvi DANIŞDI - “Verilişə qatılmazdan öncə elə bilirdim ki...”

221 dəfə oxunub
“Maşın”dan çıxarılan Rühəngiz Musəvi DANIŞDI - “Verilişə qatılmazdan öncə elə bilirdim ki...”

Xəbər verdiyimiz kimi, “Maşın” realiti-şounu dünən Rühəngiz Musəvi tərk edib.

Faktor.az xəbər verir ki, Roza Zərgərlidən gözlənilməz “zərbə” alan Rühəngiz Musəvi oyun haqqında təəssüratlarını bölüşüb:

“Bu verilişə baxanda həmişə arzulayırdım ki, iştirakçı olum. Lakin elə bilirdim ki, dayana bilmərəm. Təklif gələndə tərəddüd etsəm də, özümü sınamağa qərar verdim. Neçə gün maşın ətrafında qaldım. Amma hamının əsəbləri tarıma çəkilmişdi. Mən də əsəbiləşdim, sənət dostum Əli ilə mübahisə etdim. Bilirəm ki, Əli Mirəliyevin dili bir söz deyir, ürəyi başqadır. Allaha şükür edirəm ki, 40 ildir sənətdəyəm, bu zaman ərzində insanların sevgisini və hörmətini qazanmışam. Məni tanıyırdılar və sevirdirlər, lakin düşünürəm ki, bu verilişdən sonra insanlar lap çox sevəcəklər.

Nəticə gözlənilməz oldu. Düşünürdüm ki, nə vaxtsa mən səsverməyə çıxsaydım, kimi çıxardacağımı bilməzdim. Onların mənə olan isti münasibətlərindən sonra, hətta fikirləşirdim ki, kaş ki, səsverməyə çıxsam, səs toplamazdım.

Hər halda özümü sınamaq üçün bu da bir fürsət idi. Hamını sevdim, özümə qarşı ancaq diqqət və hörmət gördüm. Bu, bir oyun idi və hər gün kimsə çıxmalı idi”.



Redaktorun seçimi