"Maşın" şouda qorxulu anlar - İştirakçılardan biri...

1238 dəfə oxunub
"Maşın" şouda qorxulu anlar - İştirakçılardan biri...

Gərgin davam edən "Maşın” realiti şousunda daha bir iştirakçının səhhətində problem yaranıb.

Faktor.az Oxu.Az-a istinadən xəbər verir ki, bu dəfə müğənni Ruhəngiz Musəvinin halı pisləşib.

Proqramın yaradıcı heyəti Musəviyə görə təcili yardım çağırıb.

Həkim müdaxiləsindən sonra ifaçının vəziyyəti normallaşıb.

Qeyd edək ki, analoji hal bir neçə gün öncə müğənni Rahidə Baxışova ilə də yaşanmışdı. Müğənni yaşadığı stresslə bağlı həyəcan keçirmiş və xəstələnmişdi.

 



Redaktorun seçimi