Təcavüz iddiası ilə gündəmə gələn aktyor - "Sadəcə təəccüb edirəm"

230 dəfə oxunub
Təcavüz iddiası ilə gündəmə gələn aktyor - "Sadəcə təəccüb edirəm"

Türkiyənin Fox telekanalında yayımlanan “Yasak Elma” serialında təcavüz qalmaqalı yaşanıb.

Faktor.az xəbər verir ki, sözügedən serialın baş rol aktyorlarından Tələt Buludun kostyum köçəkçisi Özge Şimşəkə təcavüz etmək istədiyi iddia edilib. Belə ki, Şimşek aktyorun qalstukunu düzəldərkən, Buludun onu dodağından öpdüyünü və çıxıb getdiyini deyib.

Hadisədən və sosial şəbəkələrdə yaranan qınaqlardan sonra Tələt Bulud nəhayət ki, hadisə ilə bağlı danışmağa qərar verib:

“Sadəcə təəccüb edirəm və haqqımda yazılanları oxuyuram. Əsli olmayan bu ittihamlar məni və ailəmi kədərləndirdi. Həqiqətə uyğun olmayan bu iddiaları ortaya atan həmin şəxs və əllərində heç bir sübut olmadan təhqir yağdıran hər kəs haqqında məhkəməyə müraciət edəcəyəm”.

Təcavüzə məruz qalan 19 yaşlı Şimşek də məhkəməyə müraciət edəcəyini bildirib.

Banu//Faktor.az



Redaktorun seçimi