Məşhur müğənni Kibariye lüks villada şok yaşadı - Əri ondan gizlin ərəb qadınını...

Hit: 2292
Məşhur müğənni Kibariye lüks villada şok yaşadı - Əri ondan gizlin ərəb qadınını...
Məşhur müğənni Kibariyənin əri Ali Küçükbalıkçı Livanlı qadınla eşq yaşadığı və Kıbrısda yerləşən qumarxanada külli miqdarda pul itirdiyi xəbəri maqazin gündəminə bomba kimi düşdü.
 
Faktor.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu iddiadan sonra sarsılan Kibariyənin ərinə aldığı lüks Ferrari maşınından sonra Bodrumda 3 milyon avroya aldıqları evin 800 min lirə borcunu ödəyə bilmədikləri  üçün evə ikinci dəfə həbs qərarı gəldi. 100 min lirəlik 8 ədəd qəbzini Bodrumda lyuks inşaat firmasına ödəyə bilməyən Kibariyə haqında İzmirli vəkillərin həbs tədbirlərinə başladıqları məlum oldu. 
 
Sanam Sənət Turizm və bir dönər brendi zincirinin sahibi Ali Küçükbalıkçının yanında işləyən əməkdaşlarının maaşını uzun zamandır vermədiyi, piyasaya və banklara külli miqdarda borcunun olduğu ortaya çıxdı. 
 
Həyat yoldaşı Kibariyənin adından istifadə edib, şirkətlərin güvənini qazanıb onlara qarşılıqsız qəbz verən Ali əmək haqqını və təzminatlarını tələb edən işçilərinə hədələyici mesajlar yazdığı da ortaya çıxdı.  57 yaşlı müğənninin 19 illik 37 yaşlı ərinin 2017-ci ildə məşhur klubların birində iki qızla görüntüləri də yayılmışdı.
 
Onun banklara 10 milyon lirə borcu olduğu iddia olunur. 
 
Gülnar
 








Redaktorun seçimi