Canəli Əkbərov "Qarabağ muğam məktəbi"nə görə, Ağadadaş Ağayevə - əsəbiləşdi - Gəlsin, görüm...

Hit: 1804
Canəli Əkbərov "Qarabağ muğam məktəbi"nə görə, Ağadadaş Ağayevə - əsəbiləşdi -  Gəlsin, görüm...

Azərbaycanın xalq artisti, professor Canəli Əkbərov Ağadadaş Ağayevin "Qarabağ muğam məktəbi yoxdur və olmayıb" fikrinə münasibət bildirib.

Faktor.az-a açıqlama verən Xalq artisti bu fikirlərin düzgün olmadığını söyləyib: "Onun özündən soruşmaq lazımdır ki, sən niyə belə bir cümə işlətmisən. Əgər Qarabağda muğam məktəbi yoxdursa, bəs Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Məcid Behbudovu, Xan Əmini hara yazaq. Bunu nə məqsədlə deyib, bilmərəm, özü bilər, ancaq mən 1963-cü ildən bu günə qədər Respublikanın xalq artisti, professor Canəli Əkbərovam. Onun əgər mürəkkəb fikirləri varsa, gəlsin mənimlə üz-üzə durub sübut eləsin ki, Qarabağda muğam məktəbi yoxdur. Qarabağda muğam məktəbi var, ancaq onun ifaçıları bir-birindən çox fərqlənir".

Pərvin Abgül//Faktor.az








Redaktorun seçimi