Nura Suridən etiraz... - "Bu, haqsızlıqdır" - FOTOLAR

Hit: 415
Nura Suridən etiraz... - "Bu, haqsızlıqdır" - FOTOLAR

Dünən İlham Əliyevin prezident seçkilərində qələbə qazanması münasibəti ilə Heydər Əliyev mərkəzinin qarşısında bayram konserti təşkil edilib.

Faktor.az xəbər verir ki, konsert proqramında bir sıra sənət adamları və müğənnilər iştirak edib. Sosial şəbəkələrdə müğənnilər İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə olan fotoları paylaşıblar. 

Müğənni Nura Suri isə belə paylaşımların birinə maraqlı şərh yazıb. O, "dünən konsertdə iştirak edən müğənnilərin bir çoxu seçkilərdən öncə keçirilən YAP tədbirlərində iştirak etməyib. Onlar yox, biz getməli idik o tədbirə"-deyərək öz etirazını bildirib.

 

 

 

1








Redaktorun seçimi