Bakıda sevilən və arvadı ərəb şeyxi ilə görüşən müğənni bu sözləri ilə şoka saldı - "Boşanmayacağıq..." - FOTOLAR

Hit: 14076
Bakıda sevilən və arvadı ərəb şeyxi ilə görüşən müğənni bu sözləri ilə şoka saldı - "Boşanmayacağıq..." - FOTOLAR

Məşhur müğənni Sərdar Ortaç xanımı Xloya Loughnanın iş üçün getdiyi Mayamidə Ərəb şeyxlərindən birinin oğulu ilə birlikdə olduğu iddiaları haqqında açıqlama verib.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu mövzuda susqunluğunu pozan sənətçi xəbərlərin yalan olduğunu bildirib:

 

"Amerikada bir çox dostumuz var. Qadın o dostlardan bir neçəsi ilə də yeməyə çıxır. Ona yeməyi də qadağan edim? Yemək yeyərkən də onları 20-25 nəfərlik masada millət görür. Oradakı türklər klassik dedi-qodu sevdiyi üçün adamın kim olduğunu soruşurlar və o, ərəb şeyxinin oğlu çıxır".

S.Ortaç həyat yoldaşı ilə ayrılacaqları barədə gəzən söz-söhbətlərə münasibət bildirib:

"Həyat yoldaşımı sevirəm. Onun da məni sevdiyini bilirəm. Belə bir şey heç vaxt etməz. Elə bir qadın deyil. Ayrılmağımızı istəyirlər. Amma boşanmayacağıq".

Həyat yoldaşının instaqramda paylaşdığı cəsur pozalara da toxunan Sərdar sözlərinə belə davam edib:

"Xanıma heç bir qadağa qoymuram. Xanıma qadağa qoymaq azadlığına müdaxilə etməkdir".(publika.az)

1








Redaktorun seçimi