Nadir Toliki insan alverində ittiham etdi - Sirlər açılır

1031 dəfə oxunub
Nadir Toliki insan alverində ittiham etdi - Sirlər açılır
Müğənni Nadir Qafarzadə qadın müğənnilərin satışa çıxarılmasını irəli sürüb.
 
Müğənni instaqram səhifəsində şou-biznes nümayəndələri haqqında şok açıqlamalar verib:
 
“Deyəsən, ağzımın açılmasının zamanı gəlib. İlhamə xanımın şəklini paylaşanda söz atmaq fikrində olmamışam. Qələt eləyin, oturun yerinizdə. Hacılara, Moskvada yaşayan pullu kişilərə, bəzi “məmurlara” qız çıxartmamışam. Belə getsə, susmayacam. Amma kiminsə acı həqiqətlərini açıb söyləməyin vaxtı yetişib. Qadın müğənnilərini satışa çıxaran bəzi adamlar, susun. Mənim qorxacağım bir şey yoxdur, amma siz yaxşı-yaxşı düşünün. Vaxt gələcək, adınız bir çox cinayətlərdə hallanacaq. Susun, məsləhət! Dəliyəm, məndə tormoz yoxdur. İlhamə xanımı sizin şantajlarınız öldürdü. Evlər yıxanlar, hərəkətlərinizdən utanın. Maskalanıb, xalqın gözündə özünüzü yaxşı, xeyirxah adam kimi qələmə verməyin. Camaat hər şeyi yaxşı görür və bilir. Mən axı arxivəm, unutmayın! Zibillərinizi açıb tökərəm, susun! Cavanşir müəllim düz deyirdi, şou-biznesdə "Mama Rozalar" və "Papa Qərənfillər" var. Təəssüf ki, onlar çoxluq təşkil edirlər. Haram yollarla pul qazanıb günaha batırlar. Ad çəkmirəm, amma bir az da çaşsanız, o “Hacıların” və başqalarının adlarını qeyd edəcəm”.
 
Nadir Qafarzadə daha sonra insan alveri ilə məşğul olanları ittiham edib:
 
“İnsan alveriylə məşğul olanlar, siz murdar insanlarsınız. Qazandığınız pullar burnunuzdan gələcək. Allah haqqı nahaq qoymaz. Rayon toylarına qadın ifaçıları oxumaq adıyla aparıb pula satanlar... Hətta satdıqlarının içində aparıcılar da var. Cavan müğənni qızlar isə baha satılır. Lazım olsa, adlarını yazaram. Varlı kişilərə qız çıxartmaqla bağa, evə və avtomobilə sahib olursunuz. Zaman gələcək öz əməllərinizə görə cavab verəcəksiniz. Hacılara və Hacıleyləklərə çox güvənirsiniz, elə bilirsiniz ki, onlar sizi xilas edəcək. Əksinə özlərinin zibili açılanda sizi qoyub qaçacaqlar”.
 
Məlumat üçün bildirək ki, dünən prodüser Tolikin Xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyması N.Qafarzadəni qəzəbləndirmişdi. O, sosial şəbəkədə mərhum Xalq artisti İlhamə Quliyevanın fotosunu paylaşaraq ilk və son taclı sənətkar olduğunu qeyd etmişdi: "Sən dahisən. Yerin görünür”.
 
Daha sonra isə prodüser verilişdə müğənninin başına tac qoymasını qınayanlara İnstaqram səhifəsində cavab verib:
 
“Nazpərinin sənətinə nə olub ki, bəziləri belə yanıb tökülürlər? Əcəb etmişəm, əlimin içindən gəlib... Yaltaqlar... Mən İlhamə Quliyevanın sağlığında da Nazpəri xanımla danışırdım. Mənə heç kim qadağa qoya bilməzdi. Heç İlhamə xanımın özü də...
 
Bir çıxın xalq arasına görün Nazpəri qədər hörmətiniz var? Sonra danışarsınız... İlhamə xanım da mərd idi, bəziləri kimi yox... İndi bir çoxları çıxıb ki, biz onun yaxınıyıq. Sizi yanına aparsın”.
 
(publika.az)



Redaktorun seçimi