4 saatlıq əməliyyat keçirən Rəhim Rəhimli podiumda – FOTOLAR - VİDEO

378 dəfə oxunub
4 saatlıq əməliyyat keçirən Rəhim Rəhimli podiumda –  FOTOLAR - VİDEO

Həftə sonu Bakıda növbəti dəb nümayişi baş tutub.

Faktor.az xəbər verir ki, Dəb həftəsinin əsas ulduz qonağı bəstəkar və müğənni Rəhim Rəhimli olub. O, podiumda əcnəbi moda nümayişlərindən görməyə alışdığımız performansla diqqəti özünə çəkməyi bacarıb. Belə şouları dünya ulduzlarından Bruno Mars, Castin Biber və digərləri göstərib.

Rəhim Rəhimlinin retro imicdə podiuma çıxması marağa səbəb olub.

Yeriməkdə çətinlik çəkən müğənni göstərdiyi şouda aksesuar olaraq svarovski daşlarla bəzədilmiş əsadan istifadə edib.

Müğənni Oxu.Az-a açıqlamasında ayağında 4 saatlıq qəliz əməliyyat keçirdiyini və ayaq sümüklərinin arasında titan qoyulduğunu bildirib. Bu səbəbdən səhnəyə əsa ilə çıxdığını söyləyib.

 
 
 

 



Redaktorun seçimi