Dilarə Əliyeva - "Balalarımın canı üçün yalandır"

Hit: 976
Dilarə Əliyeva - "Balalarımın canı üçün yalandır"

“SOY” prodakşının rəhbəri Oqtay Əliyevin həyat yoldaşı Dilarə Əliyevaya ad günündə ev bağışlaması ilə bağlı xəbər yayılıb.

Faktor.az bildirir ki, bu barədə yenicag.az-a açıqlama verən aktrisa xəbəri təkzib edib:

“Oqtayla biz İstanbula getmişdik, orda ssenaristimiz Fariz Əliyev də bizimlə bərabər yemək masasında oturmuşdu. Sonradan İnstaqram səhifəsində zarafatla yazıb ki, Oqtay İstanbulda Dilarəyə ev bağışlayıb. Qardaşım Vüsal da zarafatla məni təbrik edib. Saytlar da bunu həqiqət kimi qələmə verib. Bir özümdən də soruşan yoxdur ki, deyim, xəbər yalandır. Qurana and olsun, balalarımın canı üçün yalan söhbətdir. Nə ev, nə hədiyyə? Bir də ki, İstanbulda evi neynirəm? Gül kimi yaşayıram da Azərbaycanda”.

“Bəs ad günündə Oqtay sənə nə hədiyyə etdi?” sualına əməkdar artist belə cavab verib:

“Oqtayın özü elə mənim üçün ən böyük hədiyyədir”.









Redaktorun seçimi