İlkinə hədiyyə olunan maşının markası bəlli oldu - Qiyməti 30 min manatdır

Hit: 748
İlkinə hədiyyə olunan maşının markası bəlli oldu - Qiyməti 30 min manatdır
Xəbər verdiyimiz kimi, aktyor İlkin Misgərliyə avtomobil hədiyyə olunub.
 
Faktor.az bildirir ki, aktyor azxəbər.com-a açıqlamasında avtomobilin markasını açıqlayıb: "Bu xəbər mənim üçün çox gözlənilməz oldu, çox sevindim. Mənə ən son model KİA Rio avtomobili hədiyyə olundu".
 
O maşını kim bağışlayıb sualına isə belə cavab verib: "Avtomobili mənə "Bozbaş Pictures"in yaxın dostlarından biri hədiyyə edib. Fürsətdən istifadə edib, həmin şəxsə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm".
 
Qeyd edək ki, "Kia Rio" avtomobilinin ən son modelinin qiyməti 30 min manatdır.








Redaktorun seçimi