İNANMAYACAQSINIZ! Telli Borçalı görün nəyə görə ərə getmir - " Qızlar tanıyıram ki, toydan sonra... " - FOTO

Hit: 3558
İNANMAYACAQSINIZ! Telli Borçalı görün nəyə görə ərə getmir - " Qızlar tanıyıram ki, toydan sonra... " - FOTO

Bu gün Xəzər telekanalında "Hər şey daxil" verilişinin qonaqlarından biri aşıq Telli olub.

Faktor.az milli.az-a istinadən xəbər verir ki, verilişin aparıcıları aşıq xanımdan niyə ailə həyatı qurmadığını soruşublar.

"Telli, niyə ailə qurmaq istəmirsən?" sualına Telli belə cavab verib:

"Mən bunu çox yerdə demişəm. Əgər sən sevirsənsə, mənim sənətimi də qəbul etməlisən. Yox, sən sənətini qoy kənara, getmə toya filan, bu mümkün olan deyil. Kim sənətimə icazə verəcəksə, onunla ailə quracam. Belə deyəndə bir də görürəm mesaj yazırlar ki, "Telli xanım, mən qoyacam sənətinizə davam edəsiniz". Amma o insanı yaxından tanımaq lazımdır ki, biləsən o, həqiqətən, sənətini davam etdirməyə qoyacaqmı?! Elə qızlar tanıyıram, elə aşıq qız da var. Deyir ki, toydan sonra sənətimi davam etdirməyə icazə vermədi. Çoxu alana qədər o sözü deyir. Yetər ki, ailə qurasan onunla. Gedəndən sonra deyir ki, yox e..."









Redaktorun seçimi