"Sənin Elşad Xose qədər ağlın olsaydı, bu sözü deməzdin" - Oksana keçmiş ərini müdafiə etdi

Hit: 1693
"Sənin Elşad Xose qədər ağlın olsaydı, bu sözü deməzdin" - Oksana keçmiş ərini müdafiə etdi
Müğənni Xatun Əliyeva Elşad Xoseyə "Mənə heç kəs ağıl qoya bilməz. Mənim sənin qədər işçim var”- deməsi qalmaqalı alovlandırıb.
 
Faktor.az xəbər verir ki, Elşad Xosenin keçmiş həyat yoldaşı Oksana Rəsulova Xatunu sərt təhqir edib.
 
O deyib ki, Xatunun ağlı yoxdur: "Bağışlayın artıq susa bilmirəm. Xatunun Elşada "mənim sənin qədər işçim var” sözü nə deməkdir? Mən bitərəf mövqeyində deyiləm, amma sənin elə Elşad Xose qədər ağlın olsaydı, sən bu sözü deməzdin. Hər gün qoruyub saxladığınız Mehriban nə oldu, bəs əlinizi çəkmək istəyirdiz belə can yandırırdız özünüz onun yerinə getmək istəyirdiz. Dünən nə oldu?  Belə də ki, kimin işçisi, kimin qulluqçusu var. Adama deyərlər pulunuz var lap yaxşı, lovğalanmaq lazım deyil. Belə duxunuz çatırdı, əlinizi götürüb gedərdiz. Boş-boş danışıb aranı qızışdırmaq lazım deyil. Ən zəhləm getdiyim şey yalan və haqsızlıqdır.
 
Oksana deyib ki, sona qədər Elşadı dəstəkləyəcək: "Mən Elşad Xoseyə dəstəyəm. Nə deyir düz deyir. O səsverməyə çıxanda həm səs istəyəcəm, həm də göndərəcəm. Bir də orda yalnız Mehriban Xanlarovanın, Elşad Xosenin və İlkin Misgərlinin maşını yoxdur”








Redaktorun seçimi