Nadir Qafarzadə qəza keçirib - "Xanımıma görə narahatam"

Hit: 1650
Nadir Qafarzadə qəza keçirib - "Xanımıma görə narahatam"

Müğənni Nadir Qafarzadə yol qəzası keçirib.

Faktor.az xəbər verir ki, sənətçi baş verən hadisə ilə bağlı Yenicag.az-a açıqlama verib:

“Hadisə dünən axşam saatlarında Nabrandan Bakıya qayıdarkən baş verib. Rusiya dövlət nişanlı “Moskviç” markalı avtomobillə toqquşdum. Günah onda oldu. Çünki qayda pozuntusuna yol verərək, dönmə nişanı olmayan yerdən manevr etdi. Mən də arxadan onu vurdum, avtomobili çox pis zədələndi. Onun maşınını evakuatorla Bakıya gətirdilər. Həyat yoldaşım Sevinc maşında idi. Qəza baş verən anda xanımım şok keçirtdi. Hələ də hadisənin təsiri altındadır. Ona görə çox narahatam, amma şükür ki, salamatıq. Maşın dəmir parçasıdır, əsas odur ki, özümüzə heç nə olmadı”

Faktor.az









Redaktorun seçimi