Günay İbrahimli: "İndiki ağlım olsaydı..."

Hit: 722
Günay İbrahimli: "İndiki ağlım olsaydı..."

Vanqa nənəyə və falçılara inanmadığını deyən müğənni Günay İbrahimli günahlarının az olduğunu etiraf edib.

Faktor.az xəbər verir ki, Günay İbrahimli publika.az-ın suallarını cavablandırıb.

- İndiki ağlım olsaydı...

- Şou-biznesə gələndə hamıya inanmazdım

- Zəmanət verə bilərəm ki...

- Sadiq insanam.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Sərhədləri ləğv edərdim.

- Kişilərə o qadınlara xəyanət etmir ki...

- Sevdiyi xanımları adlatmırlar.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Saflıq və səmimilik.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Bu, kompleksli olmalarından irəli gəlir.

- Qadına qarşı şiddət...

- Əxlaqsızlıqdır, tərbiyəsizlikdir!

- Vicdanıma and olsun ki...

- Öz gücümə hər şeyi edirəm.

- Mən təəssüf edirəm ki...

- Azərbaycanda şou-biznes can verir.

 

- Yaxşı gündə, pis gündə...

- Dostlarımın yanında oluram.

- Tənhalıq qadın üçün lənətdir, yoxsa ki...

- Tənhalıq qadının günahlarının bədəlidir.

- Vanqa nənə ilə görüşsəydim...

- Ona hec vaxt inanmadığımı söyləyərdim.

- Ən böyük səhvim o olub ki...

- Hər kəsə inanmışam.

- Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki...

- Sən indi də yanımdasan, bir tək sən varsan.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Deyirəm ki, fikirləşməsəm, yaxşıdır.

- Günahlarım yadıma düşəndə...

- Mənim nə qədər az günah etdiyimin fərqinə varıram.

- Ona görə xəcalət çəkirəm ki...

- Pərəstişkarlarımıza istədyimizi verə bilmirik.

- Gecələr tez-tez yuxuda görürəm ki...

- Yuxularım heç vaxt yadımda qalmır.









Redaktorun seçimi