"Off çəkərəm, uff çəkərəm" - Elza Seyidcahan yenə yazdı

Hit: 1405
"Off çəkərəm, uff çəkərəm" - Elza Seyidcahan yenə yazdı

Faktor.az xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan yeni "şeir"-ni  sosial şəbəkədə paylaşıb.

 Elza Seyidcahanın sosial şəbəkədə "Məzələn" adı ilə paylaşdığı şeiri təqdim edirik:

Yorğun olanda mənimlə məzələn
soy əynini, soy ruhunu təzələn.
Ordan bura, burdan ora sərələn
Mənə de ki, dağ qoynumda təpələn
Ağuşumda körpələn,
gəldiyin yollara güllər səpərəm.
Saçlarınla dəniz kimi ləpələn
de ki, mənə
başdan ayağa səninçün qəzələm.
Yaralanaram.
De ki, de ki, nərə çəkərəm
ay çəkərəm, ox çəkərəm,
off çəkərəm, uff çəkərəm
məzələnməsəm, təzələnmərəm
Yer olmasa, vaxt olmasa,
heç olmasa
yorğun könlün xoş olmasa,
demə mənə
mən sevgimi kəsərəm.
Bil ki, canım, mən ölərəm
itərəm.
Sevgi yoxsa, arxayın ol,
gəl mənimlə məzəli-məzəli,
Məsələn,
təzələn.

Faktor.az 









Redaktorun seçimi