Meyxanaçı Kərimin bacısı oğlu: - "Nənəmi o xəbər öldürdü"

Hit: 770
Meyxanaçı Kərimin bacısı oğlu: - "Nənəmi o xəbər öldürdü"

Milli.Az bildirir ki, bir neçə gün öncə insult keçirərək xəstəxanaya yerləşdirilən meyxanaçı Kərimin bacısı oğlu Rüstəm Cənnətov teleqraf.com-un suallarını cavablandırıb. 

- Hazırda Kərim bəyin səhhəti necədir,  xətəxanadan nə zaman çıxacaq?

- Şükür Allaha, dayımın səhhəti düzəlir. Hərkət edə bilir. Saytlarda yazırlar ki, Kərim huşunu itirib, hərəkətsizdir. Bunların hamısı yalandır. Hər şey yaxşıdır. O, hamımızı tanıyır və danışır. 

-İnsult keçirmədən öncə hər hansı xəstəlikdən əziyyət çəkirdimi?

-Şəkərli diabet və təzyiqin qalxması nəticəsində insult keçirdi.  Əvvəllər şəkərli diabetə görə dərman qəbul edirdi. Ev şəraitində müalicə olunurdu.

- Anasının rəhmətə getməsində hələ də xəbərsizdir, bunu nə zaman deməyi düşünürsünüz?

- Bəli, hələ ki nənəmin rəhmətə getməsindən xəbərsizdir. Bu gün nənəmin üç mərasimidir. Bu xəbəri dayıma sabah deməyi düşünürük. Yəqin ya mən, ya da ağsaqqalarımızdan biri bu məsuliyyəti üzərinə götürəcək. Nənəm dayımın ölüm xəbərindən sonra dünyasını dəyişdi. O evdə olarkən qohumlarımızdan biri zəng edib və ağlayaraq Kərim bəyin rəhmətə getdiyini deyib. Nənəm də buna dözmədi.  

- Kərim bəyi həmkarları xəstəxanada ziyarət etdilərmi?

- Bəli, bütün dostları  ziyarət edib. Gələ bilməyənlər də zəng edib, səhhətini soruşurlar.

- Kərim bəyin ölüm xəbərini yayan saytı məhkəməyə verəcəyinizi demisiniz. Qərarınızda israrlısınız?

- Məsləhləşdikdən sonra bu haqda dəqiq məlumat verəcəm. Çünki böyüklərimiz var. Mən özüm həmin saytı məhkəməyə verməyi düşünürəm. Yalan xəbər yazmaq olmaz, axı. Özü də belə ağır xəbəri... 









Redaktorun seçimi