Aytac: "Bunun dünyaya gələcək övladıma da mənfi təsiri ola bilərdi" - FOTOLAR

Hit: 766
Aytac: "Bunun dünyaya gələcək övladıma da mənfi təsiri ola bilərdi" - FOTOLAR

Bir neçə ay öncə İstanbuda ana olan müğənni Aytac Vidadiqızı Bakıya qayıdıb.

Milli.Az xəbər verir ki, müğənni həyat yoldaşı Can ilə birlikdə Bakıda qızı üçün kiçik tədbir keçirib. Tədbirdə müğənninin dostları və qohumları iştirak edib. Ana olması ilə əlaqədar sənətində yaranmış fasilədən danışan müğənni, əslində, hamilə olduğu ərəfədə Türkiyədə xeyli işlər gördüyünü dilə gətirdi:

"Sənətimdə fasilə verməmişəm. Sadəcə, gördüyüm işləri mediada işıqlandırmırdım. Bilirsiniz ki, ailə qurduqdan sonra həyat yoldaşımla İstanbulda yaşadıq. Bəstə qızım da orada dünyaya göz açdı. Bir ildən çoxdur ki, oradayam. Bu ərəfədə Türkiyədə xeyli iş görmüşəm. Həm öz bəstələdiyim mahnılarım var, həm də türk bəstəkarlarından aldığım gözəl bəstələr var.

Hətta müştərək işlərim də var. Onlardan bir neçəsi hazırdır. Bir neçəsinin də üzərində iş gedir. Artıq aktiv şəkildə sənətimə ayırmağa vaxtım var. Həyat yoldaşım və qızımla Bakıdayam. Burada yaşayırıq. Hələ ki, İstanbula getməyi düşünmürük. Can sağolsun, bütün işlərimdə mənə dəstəkdir. Onun yanımda olması mənə xüsusi güc verir. Allah hər kəsə belə gözəl ailə və övlad qismət eləsin".

Müğənni Türkiyədə olarkən ona Bakıdan gələn bütün təklifərə yox demək məcburiyyətində qaldığını də gizlətmədi:

"İstanbulda olarkən Bakıdan, demək olar, hər gün müxtəlif şənliklərə təkliflər gəlirdi. Hətta məni görmək üçün uçaq biletini alan və əlavə qonorar ödəmək istəyən səsimi sevənlər də var idi. Amma istəmirdim ki, hamilə olduğum ərəfədə təyyarələrdə qalım. Bunun dünyaya gələcək övladıma da mənfi təsiri ola bilərdi. Bu səbəbdən onlara yox deyirdim. Artıq Bakıdayam. Bütün sevənlərimin xoş günündə, şənliklərində yer alacağam. Yay aylarında konsert verməyi də planlaşdırıram. Sənətini sevən müğənni səhnəsiz yaşaya bilməz".

Faktor.az

1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi