“Naxçıvanda yeganə meyxana deyənəm” - Mətiş

Hit: 520
“Naxçıvanda yeganə meyxana deyənəm” - Mətiş

Son günlər internetdə ən çox dinlənilənlər arasında olan meyxanaçı Mətiş Lent.az-ın canlı yayımında qonaq olub.

Faktor.az axşam.az-a istinadən xəbər verir ki, meyxanaçı bildirib ki, o, Naxçıvanda yeganə meyxana deyən xanımdır:

"Mən əslən Naxçıvanın Şərur rayonunun Gümüşlü kəndindənəm. Meyxanaya gəlməyim isə təsadüfən oldu. Uşaq vaxtları da oxuyurdum, amma atam-anam qoymurdu ki, qız nədi, oxumaq nədir. Daha sonra meyxanaya marağım yarandı. Meyxanaçı Vüqar Biləcərinin xiridarı olmuşam. Sənətə 1 ildir, gəlmişəm. Ustadım, kömək edənim yoxdur, bədahətən deyirəm. Ustadların bir çoxları deyiblər ki, qadınlar arasında bədahətən meyxana deyən mənəm. Samirə Yusifqızı da pis deyil. Naxçıvanda yeganə meyxana deyən xanım mənəm. Orada mənə qarşı münasibət yaxşıdır, məni çox istəyirlər. Amma mən meyxanaya təzə gələn vaxt meyxanaçılar məni sıxmağa başladılar. Amma yolu bağlayıb, açan Allahdır. O açan yolu heç kim bağlaya bilməz. Mən meyxana ilə yanaşı mahnı da oxuyuram".

Meyxanaçı şəxsi həyatından da danışıb:

"Evli idim, boşanmışam. İki oğlum var. Çoxdan ayrılmışam, sənətə isə yeni gəlmişəm".

Mətiş sonda bildirib ki, Azərbaycanda meyxana deyən "Nömrə 1" xanım sənətçi özüdür:

"İddiam odur ki, daima "Nömrə 1" olum. Xanımlar arasında rəqibim yoxdur









Redaktorun seçimi