"Bu, haramçılıqdır" - Faiq Ağayev

Hit: 1161
"Bu, haramçılıqdır" - Faiq Ağayev

"Toy qiymətini aşağı salsam, bütün ifaçıların da qonorarı aşağı düşəcək. Bu sənətdə inqilabı mən edirəm, o birilərə yol açıram".

Faktor.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev "Lider maqazin"ə açıqlamasında deyib.

Müğənni bildirib ki, şou-biznesdə kişi ifaçıları arasında sərbəstliyi ilk dəfə o edib:

"1990-cı illərdən bəylərimiz üçün sərbəstlik gətirdim. Bu özbaşınalıq yox, sənət içində olan sərbəstlikdir. Heç vaxt çox toya getməmişəm. İndi münasib qiymətə toya gedən həmkarlarım da deyir ki, dəvətlər azalıb. Mən toya da konsert kimi yanaşıram".

F.Ağayev toya gedən bəzi müğənniləri qınayıb:

"Qonorarını yüksək edə bilər, amma baxın görək onun arxasında yaxşı iş durur? Saat 9-dan sonra fonoqram oxuyurlar. Üzlərini musiqiçilərə çevirir, əli cibində oxumağa başlayırlar. Axı bu qonaqlara hörmətsizlikdir. Tanınandan sonra qiymət qaldırırlar. Səhnədə dörd səriştəsiz musiqiçi hara, 13 nəfər əjdaha hara? Lap Faiq Ağayev yox, başqası olsun, yaxşı qonorar alırsa, musiqiçiyə də yüksək məbləğ verməlidir. Bəziləri var ki, musiqiçiyə az pul verir, özü çox götürür. Bu, haramçılıqdır. Üç mahnısı var, bütün toy ərzində oxuyurlar. Onlar dərs almaq üçün bir toydan aldıqları pulu mənə gətirsələr belə azdır. Üç-dörd toydan aldıqları pulu gətirsinlər öyrədərəm. Məndən bəhrələnən müğənnilər var ki, gözəl toy idarə edirlər. Mən toya gedəndə bəy-gəlin üçün solo konsert verirəm. İlk əvvəl isə toy üçün ssenari hazırlayıram".









Redaktorun seçimi