"Xumar sözlərimə yeni nəfəs verib..." - Nəriman Həsənzadə

Hit: 546
"Xumar sözlərimə yeni nəfəs verib..." - Nəriman Həsənzadə

Tanınmış müğənni və bəstəkar Xumar Qədimova bugünlərdə ölkə prezidentinin sərəncamı ilə əməkdar artist fəxri adına layiq görülüb. 

Bu təltif sənətçinin çoxsaylı pərəstişkarlarını, onun fəaliyyətini müntəzəm izləyən insanları ürəkdən sevindirib. 

Faktor.az bildirir ki, bu insanlar sırasında xüsusilə seçilən xalq şairi Nəriman Həsənzadə Axşam.az-ın əməkdaşı ilə söhbətində X.Qədimova sənətinə rəğbətindən söz açıb: 

"Xumar Qədimova səsini və ifasını, nəğmələrini bəyəndiyim dəyərli müğənni və bəstəkardır. O mənim "Ürəyim" adlı şeirimə çox gözəl musiqi bəstələyib. Hətta mən mahnını dinlədikdən sonra Xumarın telefon nömrəsini tapıb, şəxsən özü ilə əlaqə saxladım, xoş duyğularımı onunla da bölüşdüm. İnanıram ki, o mahnı sayəsində mənim bu şeirim daha uzun müddət yaşayacaq. Çünki Xumar mənim sözlərimə yeni nəfəs verib. Onun əməkdar artist adına layiq görülməsinə çox sevindim. Bu münasibətlə Xumarı təbrik edir, ona daha böyük uğurlar arzu edirəm".









Redaktorun seçimi