“Ledi Qaqa, Beyons, Rihanna məni təkrarlayırlar” - Elza Seyidcahan - VİDEO - FOTOLAR

Hit: 574
“Ledi Qaqa, Beyons, Rihanna məni təkrarlayırlar” - Elza Seyidcahan - VİDEO - FOTOLAR

Xarici ulduzlar acınacaqlı vəziyyətdədirlər”

ARB TV-nin "Evgördü" verilişinə qonaq olan əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamalar verib.

Faktor.az
xəbər verir ki, əməkdar artist etdiyi yeniliyi ilə istər dünya ulduzlarına, istərsə də yerli müğənnilərimizə meydan oxuyub:

"Bu gün məndə qeyri-adilik var. Hər iki əlimin bir barmağına dırnaq qoymuşam. Qaşlarla bəzəmişəm. Bunu ilk mən eləmişəm. Təkrarlanmalar başlayacaq. Birinci mən edirəm bunu. Bunu görəcəksiniz ki, Ledi Qaqa, Rihanna, Beyons və digərləri təkrarlayacaqlar. Bizimkilər də onlardan götürüb təkrar edəcəklər. Bəziləri deyəcək ki, biz yenilik etdik, amma ilk mən etmişəm. Məni bəziləri Ledi Qaqaya bənzədirdi. Axırda dözməyib dedim ki, o, 2006-cı ildə gəlib, mən isə 1996-cı ildən sənətə gəlmişəm. Biz balaca ölkə olsaq da, çox zənginik. O, yəqin ki, sənətə gələndə prodüsseri araşdırıb, öyrənib ki, Azərbaycanda Elza Seyidcahan var. Mənim elədiklərimi təkrarlayıblar. Bizim əsərlərimizi, musiqilərimizi oğurlayıb oxuyurlar. Tanınmış musiqilərimizi dəyişib özlərinin adına çıxarırlar. Onlarda bu dəqiqə çox acınacaqlı vəziyyətdir".

1
1
1
1
1








Redaktorun seçimi