Fərda Türkiyədə filmə çəkiləcək - Fərda Xudaverdiyev Şahan Gökbakara meydan oxudu - VİDEO - FOTOLAR

Hit: 579
Fərda Türkiyədə filmə çəkiləcək - Fərda Xudaverdiyev Şahan Gökbakara meydan oxudu - VİDEO - FOTOLAR

Azərbaycan və Türkiyə qardaşlığı kino sahəsində də özünü göstərməyə başlayıb.

Belə ki, "DADA" prodakşın və "ARAN" film birlikdə iş birliyinə qərar verərək komediya janrında film ərsəyə gətirməyi planlaşdırıb.

Bu barədə ARB TV-yə açıqlama verən "DADA" prodakşın əməkdaşları, yeni "Yanlış anlama" adlı filmdə Azərbaycan və Türkiyə aktyorlarının da yer alacağını vurğulayıb.

Geniş heyyət toplayan prodakşın, olduqca təcrübəli aktyor və aktrisalara yer verib.

Komediya janrında lentə alınacaq filmdə Azərbaycandan isə Pərvin Abıyeva, İslam Mehrəliyev və Fərda Xudaverdiyev yer alacaq.

Mətbuat konfransı zamanı yumorist aktyor Fərda Xudaverdiyev, tanınmış türkiyəli aktyor Şahan Gökbakara zarafatla söz atıb: "Buradan Şahan abimə səslənmək istiyirəm. Bu işlər fiziklə olmur. Ekrandan vurmaq asandır. Gəl canlı canlı vur".

Qeyd edək ki, filmin çəkilişləri həm Türkiyə, həm də Azərbaycanda baş tutacaq.

Faktor.az

1
1
1
1
1








Redaktorun seçimi