"16 yaşımda nişanım qayıtdı" - Zülfiyyə

Hit: 723
"16 yaşımda nişanım qayıtdı" - Zülfiyyə

"Sevib-sevilməyə vaxtım olmadı. 16 yaşımda elçi gəldilər. Məktəbi yeni bitirmişdim, mənə gülməli gəlirdi. İstəyənim çox olurdu".

Faktor.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Aşıq Zülfiyyə "Bir sevgi tarixçəsi" verilişində deyib. 

İfaçı bir dəfə nişanını qaytardığını söyləyib:

"18 yaşımın tamam olmağın gözlədilər ki, toy etsinlər. Bir dəfə eşitdik ki, guya yoldaşımın ailəsi deyib onu saz çalmağa qoymayacağıq. Atam əsəbiləşdi ki, niyə məni aldatdılar? Belə getsə, işi pozacam. Hətta əsəbiləşdi ki, üzüyü qaytarın. 8 ay nişanlı qalandan sonra üzüyümü qaytardım. 18 yaşım tamam olanda məni götürüb qaçdılar. Amma peşman deyiləm, gözəl insandır. Atamdan sonra mənə dayaq olan ikinci insandır. 27 ildir ailə qurmuşuq, cəmi 3 gün küsülü qalmışıq".









Redaktorun seçimi