Elvin üçün xoş gün: - "Ailəmə olan sevgim..."

Hit: 640
Elvin üçün xoş gün: - "Ailəmə olan sevgim..."

Bu gün müğənni Elvin Abdullayevin ad günüdür.

Faktor.az axşam.az-a istinadən bildirir ki, ifaçının 30 yaşı tamam olur.

Təəssüratlarını bölüşən E.Abdullayev təmtəraqlı ad günü keçirməyəcəyini bildirib:

"Yubileyimdir. Ətrafımda olan çox insanlar məndən ad günümü qeyd etməyimi istəyirlər. Təəssüf ki, ad günü partisi olmayacaq. Kimsə inciməsin. Allahımdan razı olan və onun mənə bəxş etdiyi hər bir şeyə görə şükür edən insanam. Təbrik zəngləri, mesajları gəlir. Diqqətinizin üçün hər birinizə təşəkkürümü bildirirəm.

Məndə olan xoşbəxtlikdən, ailəmə, dostlarıma olan bütün sevgimdən sizə də arzulayıram. Həyatımdan çox razıyam, şükür. Gec olsa da, yavaş-yavaş istədiklərimə nail oluram. Bundan sonra özümə yalnız can sağlığı arzu edə bilərəm".









Redaktorun seçimi