"Deyirlər ki, mən Ermənistanı dəstəkləmişəm" - Sami Yusif - FOTOLAR

Hit: 704
"Deyirlər ki, mən Ermənistanı dəstəkləmişəm" - Sami Yusif - FOTOLAR

Əslən Cənubi Azərbaycandan olan və Londonda yaşayan müğənni Sami Yusif bu gün Bakıda media nümayəndələri ilə görüşüb.

Faktor.az axşam.az-a istinadən xəbər verir ki, sabah Heydər Əliyev Sarayında verəcəyi konsertlə bağlı danışan ifaçı Bakını çox sevdiyini deyib.

O. bir müddət əvvəl Türkiyə mediasına müsahibəsi zamanı  Ermənistanın ötən ilki "Eurovision" təmsilçisi barədə dediyi sözlərə aydınlıq gətirib:

"Deyirlər ki, mən Ermənistanı dəstəkləmişəm. Amma belə bir şey olmayıb. Məndən Azərbaycanın "Eurovision" iştirakçısı barədə soruşdular. Dedim, yaxşıdır, amma milli çalarlar, təəssüf ki, yoxdur. Sonra isə Ermənistan təmsilçisi barədə soruşanda bildirdim ki, "Amma onlar milli elementlərdən istifadə ediblər". Müsahibəni yaddan çıxarıb sadəcə bu nüansı şişirdilər".

Qeyd edək ki, konsertin təşkilatçısı Tural Vəlizadədir.

1
1








Redaktorun seçimi