Nazpəri Dostəliyevanın evində Novruz bayramı - FOTOLAR

Hit: 1986
Nazpəri Dostəliyevanın evində Novruz bayramı - FOTOLAR

Bu gün ölkəmizdə baharın gəlişi - Novruz bayramı qeyd olunur. 

Faktor.az bildirir ki, bayram günü axşam.az xalq artisti Nazpəri Dostəliyevanın qonağı olub. 

Müğənni Novruz xatirələrindən danışıb:

"Əvvəllər bu bayrama daha təmtəraqlı hazırlaşırdılar. Rəhmətlik anam bir ay əvvəlcədən bayram hazırlığına başlayardı. Maraqlı görünüşdə səməni cücərdərdi, evdə təmizlik, dəyişiklik edərdi, bizim üçün təzə paltarlar alardı. 

Bayramda mütləq evimizdə şəkərbura, paxlava bişirirəm. Mağazadan alsaq da, evdə bişirilməlidir. Anam hər zaman deyirdi ki, bu bayramda bütün evlərdən şəkərbura, paxlava qoxusu çıxmalıdır.

Şirniyyat yeməklə də aram pis deyil. Novruz gələndə özümə heç bir qadağa qoymuram. Ona görə də bir az çəki alıram".

N.Dostəliyeva bildirib ki, bayramda oğulları və nəvələri onun evinə yığışırlar:

"Bayramı birlikdə keçiririk. Uşaq kimi sevinirik. Novruzda gənc qızlar yığışıb qulaq falına çıxır, papaq atır, fala baxırlar. Mənim də gənc vaxtlarımdan belə xatirələrim var. Uşaq vaxtı papaq da atmışam".

1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi