“8 ildir ki, gecə həyatım yoxdur” - Zamiq - VİDEO

Hit: 790
“8 ildir ki, gecə həyatım yoxdur” - Zamiq - VİDEO

“ARB Ulduz”un “Şou-məkan” proqramının növbəti qonağı müğənni Zamiq Hüseyinov olub.

Faktor.az
xəbər verir ki, Zamiq, hər zaman yaşlı nəsil gənc nəslin bostanına daş yağdırmaqdan oranı tikinti sahəsinə çevirib. Bəs, sən nə vaxtsa, bu qınaq atəşinə məruz qalmısanmı?

“Baxmıram , eşitmirəm. Mən ağıllı insanam. Mən hər addımımın cavabını bilirəm. Hər addımımı iki gün öncədən fikirləşirəm. Geyimimi də, danışığımı da. Zamiq öz yaşayışını bilən insandır. Nə yeyib nə içdiyini bilən insandır. Bu, dünən, bu gün yaranmayıb ki. Bu, illərdir, belədir”.

Zamiq, yavaş-yavaş, təmkinlə danışmağın yəqin, onun üçündür ki, yüz ölçüb bir-biçib sonra kəlməni kiməsə ötürürsən:

“Mütləq. Bura gələndə bilmirik ki, nə danışacağıq. Hər zaman fikirləşirəm ki, bir balaca da olsa, heç kimin xətrinə dəyməyim. Səbrim tükənəndə çox pis olur. Mən öz ətrafıma da deyirəm ki, ən son nöqtəyə kimi səbrli olmalıyıq”.

Sevginin olub olmadığını hələ özü üçün də müəyyənləşdirməyən ifaçının ətrafında xoşuna gələn insanlar olsa da, hələlik sevgili deyə biləcəyi bir adam yoxdur:

“Sevgi elə bir şey deyil ki, ömürlük olsun. İnsanıq sevirik, olmur, yenidən sevirik, olacaq yenidən sevəcəyik. Bu elə bu cür olur da. Xoşuma gələn insan var. Ancaq tam o sevgini hiss etmirəm. Hiss edəndə elan eləyəcəm”.

Gecə həyatını artıq illər öncə geridə qoyub möhkəm-möhkəm zəncirliyən Zamiqin özü üçün təyin etdiyi qaydalar varıymış:

“Mən hamı ilə ünsiyyətdə ola bilmirəm, çox adam görmürəm. Tədbirlərə, məclislərə gedirəm, mən adam görmürəm. İşim ancaq oxumaqdı. Başım musiqiyə qarışır. Mən klublara, kütləvi yerlərə getmirəm. 8 ildir ki, gecə həyatım yoxdur. Ola bilsin ki, hansısa tədbir olsun, ordan evə gec gəlim, ancaq gedim gecələr oturum, səhərə qədər vaxtımı orda keçirim. Uşaqlıq idi o. İndi idman, öz musiqimiz, ev və işdir mənim üçün.

Albom üzərində işləyən müğənni yaxın zamanda klip təqdimatı edəcəyini söyləsə də, bu haqda hələlik heç nə demədi:

“Klipdən danışmaq istəmirəm. Çünki bir dostum var, onun sərgisində olacaq təqdimat. İstəyirəm ki, ilk orda olsun, sonra təqdim edək. Albom üzərində isə işlər davam edir. Artıq mahnılarımız, fotosessiyamız da hazırdır. Sadəcə bir o qalıb ki, çap olunsun”.

Nə deyirik, ay Zamiq, sevgi və yaradıcılıq yolunda uğurların bol olsun.









Redaktorun seçimi