“Mən qızımın namusundan arxayınam, sən nədən arxayınsan?! - Floradan Aygünə sərt sözlər...

Hit: 867
“Mən qızımın namusundan arxayınam, sən nədən arxayınsan?! - Floradan Aygünə sərt sözlər...

Aygün Kazımovanın həmkarı Flora Kərimova haqqında dediyi, “Urinoterapiya” ona əks təsir göstərib” sözləri xalq artistləri arasındakı qalmaqalı yenidən alovlandırıb. 

Bununla bağlı Metbuat.az-a açıqlama verən Flora Kərimova bunları deyib:

“Mən daima Aygün Kazımovanı sayıb, adını dilə gətirmişəm. O, çox yaxşı şoumendir, mahnılarının gözəl rejissorudur. Aygün Kazımovanın mənim onun üstündəki əməyimi tapdalayıb, üzümə durmasını bağışlaya bilmərəm. Ona heç bir müğənni yiyə durmurdu, mən əlindən tutmuşam. Söhbətdə sənin adını çəkilmişdi? Niyə bu söhbətə daxil oldun? Sən mənə ustadım, müəllimim deyən adamsan. Cəmiyyətdə hansısa söhbəti bitirmək və ya başlatmaq üçün gərək nüfuzun olsun. Səndən qorxuam ki, sözümü bitirəm?! ”

Flora Kərimova həyatda heç kimdən çəkinəcək səbəbinin olmadığını dilə gətirib:

"Aygün məsələyə müdaxilə etməməliyidi,ona aid olmayan söhbətə baş qoşmamalıydı. “Urinoterapiya” söhbətini etmisən. Sənin kimi savadsızlar bilmir ki, bu bütün dünyada qəbul olunan müalicə üsüludur. Sənin kim olduğunu bütün Azərbaycan bilir. Mən ailəmin xanımı olmuşam. Qızımın namusundan, oğlumun kişiliyindən, millətimin mənə sevgisindən arxayınam. Sən nədən arxayınsan?! Kimlərin arxasınca sürünürsən?!".

Xatırladaq ki, iki məşhur arasındakı almaqal Aygün Kazımovanın, Flora Kərimova və Zeynəb Xanlarova arasında olan mübahisəyə qoşulması ilə alovlanıb.









Redaktorun seçimi