“Miri Yusif Röya ilə yox, İremlə oxuyacaq” - Mustafa Ceceli - VİDEO - FOTOLAR

Hit: 734
“Miri Yusif Röya ilə yox, İremlə oxuyacaq” - Mustafa Ceceli - VİDEO - FOTOLAR

ARB TV-nin "Türk şou-maqazin verilişinin qonağı olan İrem Derici və Mustafa Ceceli maraqlı açıqlamalar veriblər.

İrəm Derici sevgililər gününü Bakıda keçirtməli olsa da, baş tutmayıb: 

"Ehtimal var idi ki, Bakıya gəlim. Amma alınmadı. Bakıya 2-3 dəfə gəlmişəm. Azərbaycan xalqını çox sevirəm. Bakının memarlıq abidələri, tarixi yerləri diqqətimi çox çəkir. Alov qüllələrinə isə söz yox. Orada da küçədə gəzərkən vətənimdə necə diqqət görürəmsə, eynisini edirlər. Çox darıxıram Bakı üçün". 

Mustafa Ceceli də tez-tez Bakıya gəlməsindən və xalq artisti Aygün Kazımova ilə yarımçıq qalmış layihəsindən söz açıb: 

"Aygünün mahnısını tamamlamağı çox istəyirik. Heç cür bir araya gələ bilmədik. Layihələrimiz üst-üstə düşmədi. Zaman-zaman Bakıya gəlirəm. Orada çox dostlarım var. Bakıya ən son toy üçün gəlmişdim. İremin albomunda Miri Yusiflə duetləri olacaq. Onun Röya ilə oxuduğu "Bir dənədir" mahnısını İremlə oxuyacaq və Röyanı İrem əvəz edəcək. Yaza doğru çəkilişlər başlayacaq".

Mustafa Ceceli daha sonra yeni planlardan bəhs edib: ""Zincirimi kırdı aşk" adlı mahnımıza klip çəkəcəyik. Prodüserim dedi ki, bu mahnı "youtube"də çox dinlənilib, buna klip çəkək, klipi də Yaponiyada çəkək. Bilmirəm zarafat edirdi ya yox. Bir gün "İnstagram"dan yer bildirimi olaraq Yaponiyanı göstərsəm, şoka düşməyin".

Faktor.az

 

1
1
1
1








Redaktorun seçimi