"Toylarım çox olur" - FOTOLAR

Hit: 579
"Toylarım çox olur" - FOTOLAR

Dünyada heç kəs mənim kimi yuxa aça bilməz. Demirəm, bütün yeməkləri bilirəm. Amma qəşəng xəngəl, çığırtma hazırlayıram.

Faktor.az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında aşıq Telli Borçalı deyib. 

"Lider TV"nin Su çərşənbəsi ilə bağlı təşkil etdiyi konsertinə qatılan ifaçı haqqında yayılan şayiələrdən söz açıb:

"O şeydən xoşum gəlmir ki, dediyim sözü bəzən başqa bir formada təqdim edirlər. Bunun əleyhinəyəm, belə şeylər acığıma gəlir. Nə danışıramsa onu versinlər, yalan nəyə lazımdır ki?

Kiminsə arxamca danışmağını eşitməmişəm, ya da kimsə gəlib mənə belə bir şey deməyib. Bəlkə də paxıllığımı çəkənlər var. Amma belə şeylə qarşılaşmamışam".

T.Borçalı yaradıcı işlərindən də danışıb:

"Adam var ayda 1 dəfə toya gedir, adam da var 25 dəfə... Mən də eşitmişəm ki, müğənnilər toyların azlığından gileylənirlər, amma məndə əvvəl necə idisə indi də elədir. Yalan deməyi xoşlamıram, toylarım tez-tez olur. Bu yaxınlarda Moskvada aşıq konserti olmalıdır. Ora məni də dəvət ediblər, amma vaxtını deyə bilməyəcəyəm, dəqiq vaxt açıqlanmayıb".

1
1
1
1
1








Redaktorun seçimi