Tolik efirdə göz yaşlarına boğuldu: - “Bəlkə də öləcəm, bu, son müsahibəmdir" - VİDEO - FOTOLAR

Hit: 829
Tolik efirdə göz yaşlarına boğuldu: - “Bəlkə də öləcəm, bu, son müsahibəmdir" - VİDEO - FOTOLAR

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan prodüsser Tolik maraqlı açıqlamalar verib.

Aparıcı-aktrisa Afaq Gəncəlinin onun haqda dediyi sözlərdən sonra Tolik göz yaşlarına hakim ola bilməyib: 

"Afaq çox güclü bir qadındır. Siz bilirsiniz ki, onun uşağı 13 yaşında vəfat edib. Qədirxan Ankarada yatanda onun yanına getdim görüşdük. Mən Sevinc-Sevil bacıları, Sevinc Ağaşirinova getdik onun yanına. Uşaq rəhmətə gedəndən sonra Afaqı çox qınadılar. Efirlərə çıxdığı üçün Afaq tənqid atəşinə tutuldu. Afaqın ürəyində böyük bir daş var, onu heç kim çıxarda bilməz. Onun uşağı rəhmətə getməmişdən 2 gün qabağ pəncərəsinə 1 ayaqlı göyərçin qonmuşdu. O, onun şəkilini çəkib qoymuşdu. Röyanın bir mahnısı var idi, "Göyərçin". O şəkili paylaşanda zəng edib dedim ki, sil. Dedi yox, o göyərçin onu aparmağa gəlib. Afaq çox əziyyət çəkdi, uşağa görə heç kimə əyilmədi. Uşağın atası Afaqa dedi ki, gəl kampaniya başladaq uşaq üçün. Afaq razı olmadı. İndi onu qınayırlar ki, o gülür. Amma o, uşağı unuda bilmir. Uşağı çox istəyirdim. Afaqın qardaşının xasiyyəti çox ağırdı. Yalnız yas məclisinə məni qəbul etdi, oturub söhbət etdik. Afaqın uşağının 40-ı çıxanda hamı onu təhqir edirdi. Alla Puqaçovanın atası öləndə onun direktoru gəlib səhnədə kulisin arxasında Allaya deyir ki, atanız ölüb. Alla deyir ki, bu tamaşaçıların günahı yoxdur ki, atam ölüb. Mən səhnəyə çıxıb burada oxumalıyam, sonra evə gedib dərdimə qapanmalıyam. Bizimkiləri də qınamaq olmaz. Toy yiyəsi deyir ki, ailə problemin səndə qalsın, gəl toyumu apar. Bəlkə, bu veriliş axırıncı müsahibəm oldu, çıxdım öldüm. Həyatdır".

Faktor.az

1
1
1
1
1
1








Redaktorun seçimi