Lalə Məmmədova: "Ağlıma da gəlməzdi ki, bunu edəcəm"

Hit: 721
Lalə Məmmədova: "Ağlıma da gəlməzdi ki, bunu edəcəm"

Əməkdar artist Lalə Məmmədova solo-konsert verəcək.

Faktor.az-ın Axşam.az-a istinadən verdiyi məlumatına görə, müğənni bu haqda "Tezdən oyan" verilişində deyib. 

İfaçı bildirib ki, bu dəfə tamaşaçılar daha fərqli Lalə Məmmədova görəcəklər:

"Bir az fərqli gecə planlaşdırıram. Məşqlərə başlayandan sonra dəqiq vaxtını deyəcəm. Bir dəfə estrada kollektivi ilə Mahnı Teatrında çıxış etmişəm. Bu dəfə fərqli yanaşma, musiqi müşayiəti olacaq.

Müşayiətə uyğun da maraqlı ifalar təqdim edəcəyəm. Başqa çərçivədən yanaşacağam. Eyniliklə tamaşaçını yormaq olmaz. 10 il əvvəl ağlıma da gəlməzdi ki, "Leyli"ni oynayacam. Mən "Leyli və Məcnun"la tamaşaçını təəccübləndirəcəm, amma etdim". 

Qeyd edək ki, "Lider" telekanalında yayımlanan, aparıcılığını Könül Muxtarovanın etdiyi "Tezdən oyan" verilişi həftənin şənbə və bazar günü yayımlanır.









Redaktorun seçimi