Dilarə Əliyeva efirdə ağladı: “O mənim ürəyim, həyatımdır” - VİDEO - FOTOLAR

Hit: 2393
Dilarə Əliyeva efirdə ağladı: “O mənim ürəyim, həyatımdır” - VİDEO - FOTOLAR

ARB TV-nin "Gəlin danışaq" proqramının növbəti qonağı əməkdar artist Dilarə Əliyeva olub.

Əməkdar artistin qardaşı Vüsal Murtuzəliyev, bacısı barəsində xoş fikirlər səsləndirib:

Vüsal Murtuzəliyev: "Dilarə fərqlidir. Nəinki ailəmizin. Nəslimizin və bütün tamaşaçıların sevimlisidir. Bu onun xasiyyətindən, sadəliyindən irəli gələn bir şeydir. İndi Dilərə mənə deyir ki, mənim 2 uşağım varsa, sən üçüncü övladımsan. Səni həm qardaşım, həm övladım kimi baxıram. Gözlərində hələ uşağam. Mənə həm Dilarə, həm də Oqtay müəllim də dəstək olub. Əldə etdiklərimin hamısını onlara borcluyam. Ən çox sevdiyim rolu "Məhəllədə" Məhəbbət roludur".

Dilarə Əliyeva bu sözlərdən sonra göz yaşlarını saxlaya bilməyib:

"Vüsalı çox istəyirəm. Ana balasını istəyən kimi. Vüsal mənim ürəyimdir, həyatımdır. Onun sözlərini eşidəndə, belə danışığını duyanda qəlbim qəhərləndi. Belə gün yaşatdığınız üçün çox sağ olun. Çox doğma hislər yaşadım".

Faktor.az

1
1
1
1
1
1
1








Redaktorun seçimi