“Getdi, sevdi, ayrıldı, sonra sarılmaq istədi” - Aysel Əlizadə - VİDEO - FOTOLAR

Hit: 891
“Getdi, sevdi, ayrıldı, sonra sarılmaq istədi” - Aysel Əlizadə - VİDEO - FOTOLAR

“ARB Ulduz”un “Şou-məkan”proqramının növbəti qonağı gənc müğənni Aysel Əlizadə olub.

Faktor.az
xəbər verir ki, “Ulduzlar” adlı albomunu “qaz vurub qazan doldurmaq” üçün yox, sadəcə vizit kartı olaraq təqdim etdikdən sonra yeni klip çəkdirib fanatlarının ixtiyarına verən müğənni, ilk olaraq yaradıcılığından söz açıb:

“Həmişəki kimi üz tutdum İstanbula. Bu klipi də Teoman Topçu ekranlaşdırdı. Mən həmişə narazı qaldığım işi bacardığım qədər ört-basdır etməyə çalışıram. Ancaq bu işimdən çox razı qaldım”.

Hələlik klipinə təqdimat etdirməyən ifaçı yaxın zamanlarda tamam başqa bir işi ilə yenidən dost-tanışı, mediya nümayəndələrini başına yığacağını söyləyib:

“Bu klipi mediya ilə birlikdə təqdim etmədik. Açıqlama vermirəm, ancaq önümüzdəki aylarda yenə də təqdimatımız olacaq. Onu jurnalistlərlə birgə təqdim edəcəm”.

Klipdəki obrazı ilə aktrisaları belə geridə qoyacaq şəkildə, içdən yaşıyaraq oynayan Aysel, bu istedadından da söz açıb:

“Mən düşünürəm ki, hər kəs sevilsin, hər kəs sevsin, hər kəs sarılsın. Ayrılıq olmasın. Bizim sənət elə bir sənətdir ki, onu yaşadıq yaşamadıq bacardığımız qədər aktrisa olmağa çalışmalıyıq”.

Klipdə olduğu kimi müğənni elə həyatda da depressiyaya düşdüyü zaman bunu ətrafında olan heç kəsə hiss etdirməməyə çalışır:

“Mənim depressiya yaşadığım hallar çox olub. Güclü bir xanımam. Depresiyada olsam belə, mən onu hiss etdirmirəm. Əkizlər bürcü hisslərini gizlədə bilən ən güclü bürclərdən biridir. Mən depressiyada yaşasam, bunu heç kim bilməyəcək. Düşmənlərim sevinməsinlər.

Depressiv hallarımda özümə qapanıram. Onda harasa getmək istəmirəm. Eyni həyat tərzi yaşadığım zaman canıma sıxıntə gəlir və onda istəyirəm ki, çıxım harasa gedim. Gedirəm də”.

Klipdə tərəf müqabilinin ümumiyyətlə kölgəsinin belə görünməməsinin, müğənninin şəxsi həyatındakı qısqanclığı ilə bağlı olan sualımıza isə, Aysel bu cür cavab verdi:

“Əslində tərəf müqabili olacaqdı. Oturduq fikirləşdik ki, mahnının sözləri elədir ki, burda süjet xətti yoxdur. Düşündük, elə bir forma seçək ki, hər kəs burda özü özünü yaşaya bilsin. Sırf bir aydın xətt olmasın. Yəni Aysel getdi, sevdi, ayrıldı, sonra sarılmaq istədi. Sonun məntiqi budur. İstədik ki, bu cür olmasın”.

Sonda isə biznes xəyalı yenə də beynində cövlan edən Aysel xanımlara üzünü tutub onlardan bu işdə ona kömək etmələrini istədi:

“Çox istəyərdim ki, maraqlı bir biznesim olsun. Amma tapa bilmirəm. Ay xanımlarımız, hansısa maraqlı, kreativ, adı üstündə qazanc gətirən biznes olsa, müraciət edə bilərsiz”.

1
1
1
1








Redaktorun seçimi