Gökhan "O səs Türkiyə"dəki azərbaycanlılardan danışdı - "O iştirakçılar bizi məyus etdilər" - VİDEO

Hit: 1058
Gökhan "O səs Türkiyə"dəki azərbaycanlılardan danışdı - "O iştirakçılar bizi məyus etdilər" - VİDEO

Türkiyənin tanınmış rok qrupu "ATENA"nın vokalisti, Gökhan Özoğuz, "O səs Türkiyə"yə qatılan azərbaycanlı iştirakçılardan danışıb.

"O səs Türkiyə" layihəsində münsif kürsüsündə əyləşən sənətçi ARB TV-nin "Türk şou-maqazin" verilişinə maraqlı açıqlamalar verib:

"Acunun komandası, hər kəsin fikrinə önəm verən bir kollektivdir. Özünüz də bilirsiniz ki, "Osəs Türkiyə"də qalib olanlardan məhz biri azərbaycanlı idi. İndi İrandan olan azərbaycanlı var, istedadlıdır və hələ də davam edir. Düşünürük ki, finala qədər də gedəcək. Məsələn, çox güvənib seçdiyimiz iki iştirakçı var idi ki, onlar növbəti turda bizi məyus etdilər və yarışmadan getdilər".









Redaktorun seçimi