Şahinin həkimləri danışdılar - "Beyin tutumu özünü göstərdi"

Hit: 518
Şahinin həkimləri danışdılar - "Beyin tutumu özünü göstərdi"

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin səhhəti ağır olaraq qalır.

Faktor.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Tədris Terapevtik Klinikasının baş həkimi Adil Nuriyev "ASAN Radio"ya açıqlama verərək Şahinin vəziyyətinin yaxşı olmadığını söyləyib:

"Xəstə reanimasiya şöbəsindədir. Həkimlər tərəfindən tədbirlər görülür. Ümid edirik ki, xəstənin vəziyyəti yaxşılaşacaq".

Klinikanın hematoloqu Şəhla Şabanova rejissorda beyin tutumunun özünü göstərdiyini qeyd edib:

"İki kurs müalicə almışdı. Ancaq xəstəliyin geri qayıtdığının şahidi olduq. Bundan sonra xəstəyə daha aqressiv yanaşmaq və sümük iliyi köçürmək məsləhətli idi. Üçüncü kursda beyin tutumu özünü göstərdi. Xəstəlik daha da ağırlaşır".

Reanimotoloq Emil Qasımov isə bildirib ki, Şahin dərin komadadır:

"Şahinin vəziyyəti ağırdır, dərin komadadır. Ümidlərimiz var, həmin ümidləri istifadə etməyə çalışırq. İnşallah, vaxt hər şeyi həll edəcək".

Rejissorun xanımı Səbinə Zəkizadə mövzu ilə bağlı qısa açıqlama verib:

"Ötən həftə halı lap pisləşdi. Hazırda reanimasiyadadır. Yaxşı xəbərini gözləyirik".









Redaktorun seçimi