"O gündən aramızda eşq yarandı"

Hit: 515
"O gündən aramızda eşq yarandı"

Amerikanın səhər verilişlərindən birində qonaq olan pop ulduz Britni Spirs yeni sevgilisi Sem Əsgəri haqda maraqlı açıqlama verib.

Faktor.az axşam.az-a istinadən bildirir ki, ifaçı bildirib ki, onu model ilə birləşdirən eyni yeməklərə maraqlarının olması olub:

"Hər şey "Slumber Party" klipinin çəkilişi zamanı başladı. Dubllar arasında 20 dəqiqəlik fasilə olurdu. Bu zaman aramızda söhbət yarandı. Aydın oldu ki, ikimiz də yapon mətbəxini sevirik. Onu suşi yeməyə dəvət edəcəyimi bildirdim. Nömrəsini yazıb mənə verdi. 2 aydan sonra onun nömrəsini çantamın içindən tapdım. Yadıma düşdü ki, Semə söz vermişəm. Onu yapon restoranına dəvət etdim. Mehriban və əyləncəli biri idi. O gündən aramızda eşq yarandı. İndi isə boş vaxtlarımızı bir yerdə keçiririk".

Qeyd edək ki, bir müddət əvvəl 23 yaşlı Asgarinin 27 yaşlı model Morqan Osmana gözünün düşdüyü haqqında məlumat yayılıb. Məlumata əsasən, bu barədə Morqan özü bildirib. O, İnstaqram səhifəsində Semin onu öpın yerdə şəklini yerləşdirib və yazıb:

"Gülməli vəziyyət idi, amma o qədər xoş xatirələr var idi ki..."

Bundan sonra Britninin fanatları Osmanı tənqid atəşinə tutublar və o, fotonu səhifəsindən silib. Şəklin yeni və ya bir neçə il bundan əvvəl çəkildiyi dəqiq bəlli deyil. Sem bu barədə hələ ki, açıqlama verməyib.









Redaktorun seçimi