"Recep İvedik 5"-ə böyük şok - Film haqqında istintaq başladı

Hit: 2284
"Recep İvedik 5"-ə böyük şok - Film haqqında istintaq başladı

Türkiyənin Gənclər və İdman Nazirliyi “Recep İvedik 5” filmindəki boks səhnələrinin çəkildiyi yerlər üçün icazə alınmadığı səbəbilə istintaqa başlayıb.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, filmdəki boks səhnələri Azərbaycanda etiraza səbəb olduğu üçün həmin hissəni çıxartmağa qərar verən Şahan Gökbakar daha bir şok yaşayıb. Türkiyə KİV-lərinin yazdığına görə, Gənclər və İdman Nazirliyi stadion meydançasında və boks zalında çəkilən görüntülər üçün rayon idarələrinə məktub göndərib. Görüntülərin harada çəkildiyini müəyyən etmək üçün məktubda boks zallarının və stadionlarının filmdəki eyni prizmadan fotolarının çəkilərək göndərilməsini tələb olunub.

 

Məlum olub ki, bu yerlərdə çəkilişlər Gənclər və İdman Nazirliyindən icazə alınmadan çəkilib.









Redaktorun seçimi