Aparıcı Zaur həmin gündən danışdı - "Dünya sanki bir anlıq mənim üçün dayandı..." - FOTOLAR

Hit: 1557
Aparıcı Zaur həmin gündən danışdı - "Dünya sanki bir anlıq mənim üçün dayandı..." - FOTOLAR

Aparıcı Zaur Baxşəliyev "20 Yanvar"la bağlı xatirələrini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb:

1990-cı il yanvarin 15-i Şuşa: 9 yaşım vardı və Şuşa Uşaq Sanatoriyasının səhnəsində yeni tamaşa qoyulurdu. Mənə isə cırtdan obrazı tapşırılmışdı. İlahi, həyatımın ilk obrazı idi və mən çox həyəcanlıydım. İlk dəfə rol oynayacaqdım. "Cırtdanam cirtdan, inanmırsan bax, hamı yuxuda mən isə oyaq, südlü aş verir mənə də anam, indi gördünüz əsil cırtdanam!". Bu şeiri gündə bəlkə yüz dəfə təkrarlayırdım, həyəcanlı idim. Hamının etimadını doğrultmalıydım. Hamıdan yaxşi, hamıdan yüksək olmalı idim. Ən əsası da anam həmin sanatoriyada müəllimə işlədiyinə görə onun başını uca etməli idim. Dönə-dönə təkrarlayırdım. Mən əmin idim ki, hamıdan yaxşi mən olacam. Səhərə qədər yatmırdım. Həmin günü gözləyirdim, şeiri necə deyəcəyimi, səhnədən necə çıxacağımı bəlkə yüz dəfə təkrarlamışdım. Nəhayət, ayın 15-i son məşqlərimizi etdik.  Ayın 20-ni gözləyirdim, inanin məşq etdiyim günlərdən uzun gəlirdi mənə bu 5 gün!19-u anamgili işə çağırdılar, anam gəldi və mənə tamaşa olmayacaq dedi. Dünya sanki bir anliq mənim üçün dayandı. Mən anlamırdım nə bas verir. Anama ikinci sualı verməyə cəsarətim çatmadı ki, nə üçün?! Amma hiss edirdim ki, nəsə çox ciddi hadisə olub! Mən qəhrəmanım cırtdanı həmin gün dəfn elədim ürəyimdə! O günden sonra Xocalı faciəsi doğum günümü içimdə öldürdü və mən anladım ki, nə qədər uşağın körpə dünyası qaranlığa bələndi, nə qədər ailənin cırtdanları atasız, anasız qaldı, nə qədər ailələr cırtdansız qaldı! Bu faciələr bizə cırtdan olmamağı, cırtdan oynamamağı, div yaratmağı ,div oynamağı, divlə oynamağı öyrətdi! Gec ayıldıq, amma anladıq! Anladıq ki, div ürəkli insanlarimiz meydanlarda qan tökməsə, məsum cırtdanlarımız heç bir zaman ürəklərində uşaqlıq duyğularını, uşaqlıq dünyalarını yaşaya bilməyəcək! Allah sizə rəhmət eləsin, div ürekli Şəhidlərimiz! 20 Yanvar unutmadıq! Bizə Azadlıq daddıran günü, bu günü bizə bexş edən insanları unutmaq olarmı?! ƏSLA !

Faktor.az

1








Redaktorun seçimi