“Aygün Kazımova ilə bacı-qardaşıq” - Türkiyəli məşhur rejissor - VİDEO - FOTOLAR

Hit: 770
“Aygün Kazımova ilə bacı-qardaşıq” - Türkiyəli məşhur rejissor - VİDEO - FOTOLAR

 

ARB TV-nin efirində yayımlanan "Türk şou-maqazin" verilişinin bu dəfəki qonağı olan türkiyəli müğənni Dərya Uluğ eksklüziv açıqlamalar verib.

Faktor.az xəbər verir ki, tanınmış ifaçı yeni klipinin çəkiliş arasında kliplə bağlı maraqlı açıqlamalar edib:

"Yeni klipimizdə mövzumuz odur ki, hər kəsin sevərək böyütdüyü insanların nankorluqlarını görmək. Əslində çox sevdiyimiz zaman sanki bir canavar yaradırıq. Və o yaratdığımız canavarı sonra izləyirik. Onun sonra bizi bəyənməməsini düşünürük. Daha sonra da vecimizə almırıq. Klipdə rəqqaslar olacaq. Onlarla rəqs edəcəm. Enerjili bir klip çəkəcəyik. Çox gözəl olacaq. "Okean" klipi mənim göz bəbəyimdir. Ümid edirəm ki, bu da ən az onun qədər seviləcək. "Canavar" da qəşəng olacaq. Mahnını Aslı Göklə birlikdə yazdıq. Almaniyaya konsertə gedəndə, nələrəsə əsəbləşdik və elə təyyarədə mahnını yazdıq".

Klipin rejissoru Ulaş Elgin də çəkdiyi klip və daha öncə çalışdığı azərbaycanlı ifaçılar haqda danışıb: 

"Gözəl bir klip olacaq. Fərqli formada çəkirik klipi. Gümüşü rənglərə üstünlük verdik. Texnoloji və elektronik formada hərəkətli klip çəkirik. Klip çəkilişi 1 ya 2 gün ərzində bitir. Bu klip isə çox güman 16 saata bitəcək. Aygün Kazımova və Röya Ayxanın da kliplərin çəkmişəm. Hələ də onlarla görüşürəm. Münasibətim qalıb. İkisi ilə də rahat işlədik. Aygünlə bacı-qardaşıq. Röya da çox istiqanlıdır".

 

1
1
1
1








Redaktorun seçimi