Məşhur serial başqa kanala keçir?

Hit: 762
Məşhur serial başqa kanala keçir?

Türkiyədə hər həftə izlənmə rekordları qıran “Eşkiya dünyaya hükümdar olmaz” serialı artıq 3 həftədir ki, yayımlanmır.

Faktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, baş rollarını Oktay Kaynarca ilə Deniz Çakırın oynadığı serialın 54-cü bölümü yeni il girdiyindən bəri hələ ki, efirdə getməyib. Buna səbəb kimi prodüser ilə kanal rəhbərliyinin razılığa gəlməməsi, həmçinin serialın bundan sonra başqa bir kanalda yayımlanacağı göstərilir.

Qeyd edək ki, aktrisa Meryem Uzerli də serialda çəkilib. O, 53-cü bölümdə tamaşaçılar qarşısına çıxıb. 

 









Redaktorun seçimi