Oğuzhan Koç: “Azərbaycanın xəstəsiyəm” - FOTOLAR

Hit: 953
Oğuzhan Koç: “Azərbaycanın xəstəsiyəm” - FOTOLAR

 

Faktor.az xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Türk şou-maqazin" verilişinin qonağı olan türkiyəli müğənni Oğuzhan Koç maraqlı açıqlamalar verib:

"İşlər yaxşı gedir. Ora-bura qaçırıq. "Buludlara əsir olduq" klipi və mahnısı çox uğurlu alındı. Nə xoş mənə ki, sevildi. Bunu sevərək hazırladıq. Bu da öz qarşılığın tapdısa, çox sevinirik. Klipin baxılma sayı, təriflərin sayı-hesabı yoxdur. Bu qədər qısa vaxtda bu qədər böyük izlənmə sayı və tərif alan işim olmamışdı. Bu mahnı ilə geri dönüş elədim. Klipi "Kara sevda" serialındakı Əmir obrazının evində çəkmişdik. Tamaşaçılar videonun altında rəy yazanda sonra seriala baxdım gördüm ki, bəli o evdir. İlk dəfə Gülbən Ərgənlə duetimdən sonra tanınmışam. Çalışırıq ki, çox oxumayaq və hər şeyi də oxumayaq. Çünki hər şey dadında olsa yaxşıdır. 2-3 ildən bir yeni layihə edəcəyik. Onunla hər şeyimiz tutuşur. Gülbenlə gözəl enerjimiz var. Yeni layihələrə çox vaxt yoxdur, həftənin 4-5 günü kanalda skeç çəkirik. Vaxt qalanda da konsert vermək istəyirəm. "3 adam"dan əlavə onlar həm də mənim real həyatda da dostlarımdır. 20 ildir ki, birlikdəyik. Uşaqlıq dostlarıyıq. Bunlar bizim xəyallarımızdır. Birlikdə yaratmışıq. Azərbaycanı gəlməyi düşünürəm. Hər zaman. Azərbaycanın xəstəsiyəm. Orada çox sevildiyimizi bilirəm. Təşəkkür edirəm hər kəsə. Konsert üçün gələ bilərik ora. Əslində belə bir planımız var. Yaza doğru bunları düşünürük". 

1
1
1
1








Redaktorun seçimi