"Recep İvedik 5"-in ilk görüntüləri - Təqdim edildi - VİDEO
Tanınmış aktyor Şahan Gökbaharın "Recep İvedik" adı altında çəkdiyi filmin növbəti seriası artıq hazırdır.
"Recep İvedik 5" adlanan növbəti seria 16 fevralda tamaşaçıların ixtiyarına veriləcək.
Filmdə baş rollarda Şahan Gökbaharla yanaşı Orkan Varan və Deniz Ceylan çıxış ediblər.
Bu gün "Recep İvedik 5" filminin ən maraqlı hissələrindən ibarət videoçarxı yayılıb.
Faktor.az həmin görüntüləri təqdim edir: