İki azərbaycanlı "O səs Türkiyə"ni tərk etdi - Acundan xüsusi dəvət

Hit: 729
İki azərbaycanlı "O səs Türkiyə"ni tərk etdi - Acundan xüsusi dəvət

"O Səs Türkiyə"nin ikinci turunda ilk azərbaycanlılar səhnəyə çıxıb.

Faktor.az axşam.az-a istinadən xəbər verir ki, Hadisənin komandasında yer alan Ozan Əhmədov və Nofəl Aslanov beş nəfərlik qrupda yer alıblar. Nofəl yarışmanı tərk etsə də, Ozan daha bir tur adlayaraq səhnədə çıxış etmək haqqı qazanıb.

O, "Gipsy Kings" qrupunun "Amigo" mahnısını səsləndirib. Rəqibi Orxan adlı türkiyəli iştirakçı isə Tupak Şakurun repertuarından rep parçası oxuyub. Hadisə sonda Orxanı seçib.

Acun O.Əhmədovu növbəti il də iştirakı üçün yarışmaya dəvət edəcəyini deyib. Həmyerlimiz sonda "Düşmənlərimizə uduzsaydım, pis olardım. Türk oğluna uduzduğum üçün kədərlənmirəm" deyib.









Redaktorun seçimi