"Lider maqazin" TV aləminə iddia ilə qədəm qoyur - FOTOLAR

Hit: 1657
"Lider maqazin" TV aləminə iddia ilə qədəm qoyur - FOTOLAR

Bu gündən etibarən hər şənbə axşam saat 9 da Lider tv də şou biznesdən bəhs edən" Lider maqazin" verilişi yayımlanacaq.

Faktor.az xəbər verir ki, Türkan Heydərovanın aparıcılığı ilə yayımlanacaq verilişdə müxbirlər Aytac Bayramzadə və Nicat Məlikdir.

İlk buraxılışında Nazpəri Dostaliyeva şəxsi həyatı barədə hünər edib danışanlara şiddətli sözlər deyəcək və köhnə ilin son günü baş verən qalmaqallı hadisə barədə özəl açıqlama verəcək.

Digər özəl açıqlama verən isə Könül Kərimovadır, o ailəsində baş verən hadisə barədə ilk dəfə danışacaq.

Bir neçə gündür səhhətində yaranan problemlə mətbuatın gündəmində olan Nurlan Əzizbəylini də xəstə yatağında ziyarət edən Lider maqazin əməkdaşları oldu. Nurlan göz yaşlarını saxlaya bilməyib, o ki, var ağladı və tezliklə ayağa durmaq istədiyini dilə gətirdi.Çəkilişin sonunda hansı məşhur kişi müğənnisi xəstəni ziyarətə gəldi?

Özəl açıqlamalarla bol olan Lider maqazinin növbəti müsahibi meyxanaçı Pərviz Bülbülə hansı həmkarlarını meydana çağırdı? Hansı məşhur azərbaycanlı aktrisanın açıq saçıq görüntüləri olay yaradacaq? Böyük səs-küyə səbəb olacaq həmin görüntülər barədə o aktrisa nələri danışacaq? Gündəmi silkələyəcək daha bir açıqlamanın sahibi isə produser Tolik və Nadir Qafarzadə olacaq.

Hər ikisi barədə hazırlanan maraqlı sujetdə tanınmışlar maqazin aləmində çox danışılacaq mövzuların təməlini qoydular. Hər həftə bir məşhurun kompleksizliyini yoxlayacaq Lider maqazin əməkdaşları ilk verilişdə Günay Ibrahimli ilə şəhərin mərkəzi küçələrinin birində müsahibə ediblər və orada Günay şəxsi həyatı ilə bağlı bir çox sirrlərin üstünü açıb.

Növbəti ekskluziv xəbər isə Natavan Həbibi tərəfindən gəldi. Verilişə müsahibə verən Natavan sevib seçdiyi bəyin adını və üzünü ilk dəfə Lider maqazində bəlli etdi.

Həmin şəxs kimdir? Ekskluzivlərlə bol olan verilişdə Elçin Cəfərov da yeni mahnısını təqdim edəcək. Bu günlərdə öz nəvəsi üçün təşkil etdiyi adqoydu məclisində adəti üzrə Elza Seyidcahan özü yox, digər məşhurlar şerlər dedilər. Bir sözlə, tv məkanına iddia ilə qədəm qoyan Lider maqazin verilişində bu dəfə sözün əsil mənasında fırtına qopacaq.

 

1
1
1
1








Redaktorun seçimi