"O Ses Türkiye"-də artıq azərbaycanlı görmək istəmirlər" - Yarışmadan uzaqlaşdırılan ifaçıdan - AÇIQLAMA

886 dəfə oxunub
"O Ses Türkiye"-də artıq azərbaycanlı görmək istəmirlər" - Yarışmadan uzaqlaşdırılan ifaçıdan - AÇIQLAMA
Bir neçə gün öncə "O ses Türkiye" yarışmasının növbəti turunun seçimləri keçirilib. Seçimlərdə 4 azərbaycanlı iştirakçı yarışmadan uzaqlaşdırılıb. Yarışmadan ayrılan iştirakçılardan biri də müğənni Aybəniz Haşimovanın tələbəsi Zülfi Əsədzadə olub. İfaçı bu barədə sosial şəbəkədə açıqlama verib. 
 
 
"Öncəliklə mənə dəstək olan bütün dəyərli insanlara Təşəkkür edirəm! Sizin dəstəyinizi daim yanımda hiss etmişəm. Bu mənim üçün çox önəmli idi. Bəli, "O Ses Türkiye" yarışmasında artıq yarışmaçı deyiləm və o səhnədə artıq məni görməyəcəksiniz çünki, ikinci dəfə səhnəyə çıxma şansı vermədilər. Gizli keçirilən otaq ələməsində 6 yarışmaçıdan ikisi II tura keçməli, dördü isə ələnməliydi. Və ilk turda ifa olunan mahnını yenidən təkrar oxumalıydıq. Ələnənlər 4 azərbaycanlı oldu: mən, İlham Nəzərov, Gülşən İbadova və Zerrin... Bir qrupa salaraq 4 azərbaycanlını ələdilər. Qeyd edim ki, 85-ə yaxın iştirakçısı olan takımdan 4 azərbaycanlı bir grupa salınıb və ələnib. Gökhan və Hakan fiyaskoya uğradığını və bizim ifamızı qətiyyən bəyənmədiyini dedi. Əslində bu hərəkətlərinin səbəbini anladıq,o səsde artıq azərbaycanlı görmək istəmirlər. Əslində dördümüz o otağa daxil olanda bunu anlayaraq girdik. Biz Türkiyəni və qardaş türkləri sevdiyimiz üçün "O ses Türkiye"-ni seçib oraya qatılırıq. Xalq tərəfindən yanlış anlaşılmalar olduğu üçün bu açıqlamanı yazmağı özümə borc bildim. İlk turda verdikləri dəstək üçün sonsuz təşəkkürlər!"
 
Minarə Məhərrəmqızı//Faktor.az


loading...
loading...

Redaktorun seçimi