Məhkəmə Ebru Gündeşlə bağlı - Qərar qəbul etdi - FOTOLAR

417 dəfə oxunub
Məhkəmə Ebru Gündeşlə bağlı - Qərar qəbul etdi - FOTOLAR

Müğənni Ebru Gündeşin Rza Zərrabla birgə cəzalandırılması və 3 illik həbs edilməsi tələb olunan villa davasına məhkəmənin qərarı ilə yenidən baxılıb.

Faktor.az Axşam.az-a istinadən xəbər verir ki, Zərrab ABŞ-da həbs olunduğu üçün ifadəsinin alına bilməməsi və Gündeşin də ədalətlə mühakimə edilməsi haqqına sahib olması səbəbindən məhkəmə yeni qərar qəbul edib.

Qərara əsasən, müğənninin işinə ayrılıqda baxılacaq.

Qeyd edək ki, Rza Zərrab Kanlıca sahilində özü və həyat yoldaşı üçün villa almışdı. Mülklərdə təmir işlərinin aparılması Türkiyə qanunvericiliyində "Mədəni və təbii irsin qorunması qanunu"na zidd olduğu üçün o, həyat yoldaşı və bu işləri həyata keçirən Haqqı Süha Gökdemir adlı şəxs barəsində cinayət işi açılmışdı.


loading...
loading...

Redaktorun seçimi