Cey Lo həmkarının pis gününə sevindi

161 dəfə oxunub
Cey Lo həmkarının pis gününə sevindi

Müğənni Cennifer Lopez həmkarı Meray Kerrinin Nyu-Yorkun Yeni il bayramına həsr olunmuş konsert proqramında pərt olmasına sevinib.

Faktor.az Axşam.az-a istinadən məlumatına görə, konsertdən sonra Kerrri səhnəd yaranmış texniki problemlə bağlı İnstaqram səhifəsində pərəstişkarlarından üzr istəyib.

İfaçının statusuna müxtəlif şərhlər yazılıb. O, daha çox tənqid olunub. Cey Lo isə tənqidi şərhlərin hamısını "like" edib. Bununla o, Merayın konsert zamanı biabır olmasına sevindiyini bildirib.

Kerri hələ ki, Lopezin bu hərəkətinə heç bir münasibət göstərməyib.

Qeyd edək ki, Yeni il bayramına həsr olunmuş konsertdə Meray səhnəyə çıxıb və “Emotions” mahnısını ifa edib. Lakin mahnının yarısından fonoqramda problem yaranıb.

Bu vaxt onun ikinci mahnısını veriblər. Növbəti mahnı "We Belong Together" də uğursuz olub. Kerri sözləri oxusa da, lakin nota düşə bilməyib və lazımsız anlarda mikrofonu aşağı endirib.

Çıxış yolunu tamaşaçılarda görən Kerri mikrofonu onlara uzadaraq, oxumalarını xahiş edib. Vəziyyətdən qəzəblənən 46 yaşlı ifaçı daha sonra “yaxşı olmadı” deyərək, səhnəni tərk edib.


loading...
loading...

Redaktorun seçimi