Almaz Ələsgərli: - "Hazırda tamaşalarda oynasam da, yeni mahnılar..." - FOTOLAR

Hit: 2755
Almaz Ələsgərli: - "Hazırda tamaşalarda oynasam da, yeni mahnılar..." - FOTOLAR

 

Dünən Azərbaycanda Dövlət Bayrağı Günü idi. Bayram konsertində məşhur müğənnilərimiz xalqımızı təbrik ediblər.

Konsertdə iştirak edənlər arasında əməkdar artist Almaz Ələsgərova da olub.

Konsert proqramından sonra bir müddətdir canlı efirlərdə görünməyən müğənni Faktor.az-a açıqlama verib.

Müğənninin sözlərinə görə, son zamanlar müğənnilik fəaliyyətindən daha çox aktrisalıq fəaliyyəti ilə məşğul olur:

"Bildiyiniz kimi, bir ilə yaxındır ki, Azərbaycan Dövlət Musiqili Teatrında işləyirəm. Bu yaxınlarda "Amerikalı kürəkən" , "Baladadaşın toy hamamı" , "Molla Nəsrəddinin beş arvadı", "Arşın mal alan" , "Bankir adaxlı",  "Talehlər qovuşanda" adlı tamaşalarda oynamışam.

Bundan başqa, Gövhər Həsənzadədən və İzolda Babayevadan mahnılarım var. Həmçinin yeni kliplər də çəkmişik.

Yeri gəlmişkən, onu da deyim ki, "Ulu Öndər" adlı mahnıma artıq klip də çəkdirmişəm".

Minarə Məhərrəmqızı // Faktor.az

1
1








Redaktorun seçimi